
Premyer Liqada 2024-25 mövsümünü də çempion kimi tamamlayan “Qarabağ” sabah son matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu Şamaxıda eyniadlı komandanın qonağı olacaq.
Formal qarşılaşma öncəsi görüş şamaxılılar üçün daha prinsipial əhəmiyyət kəsb edir. Çünki bu komanda artıq 22 oyundur ki, güclü rəqibini məğlub edə bilmir.
“Şamaxı” axırıncı dəfə “Qarabağ”dan 3 xal alanda “Keşlə” adını daşıyırdı. Bu isə 7 il əvvələ – 2018-ci ilə təsadüf edib.
Bu müddət ərzində “Şamaxı” yalnız 6 dəfə heç-heçə ilə təsəlli tapıb. Komandaların son 8 qarşılaşmasında isə “Qarabağ” qələbələri sıralayıb.