Klub rəhbərliyi xahiş etdi, sponsor tapacağına vəd verdi - Onun qərarı nə oldu bəs?

14:00 Şamaxı 384
Klub rəhbərliyi xahiş etdi, sponsor tapacağına vəd verdi - Onun qərarı nə oldu bəs?

«Şamaxı»da günlərdir müzakirə olunan əsas problem həllini tapıb.

Amma tam yox, qismən.

Klub rəhbərliyi ilə Ayxan Abbasov arasında görüş keçirilib.

Martda msüqaviləsinin müddətini 1 illik uzadan baş məşqçi büdcə ilə bağlı narahatlığını dilə gətirib.

O, AFFA-nın 3 milyon manatlıq yardım paketini 2,5 milyon manata endirməsinin komandaya birbaşa mənfi təsirindən söz açıb, qarşıdakı mövsümdə Premyer Liqada qalmağın çox çətin olacağını söyləyib.

Gördüyü işlə təqdir toplamış mütəxəssis bildirib ki, heyəti gücləndirə bilməsələr, boş xülyalara qapılmağa dəyməz.

Rəsmilər Abbasovun ayrılıq mesajı verməsindən əl-ayağa düşüb.

Sözügedən baş məşqçiyə görə «Şamaxı»nın formasını geyinmiş əksər futbolçuların da düşərgəni tərk edəcəyini yaxşı başa düşən funksionerlər onu dilə tutub və vəd verib ki, maliyyə çatışmazlığı uzun müddət sürməyəcək.

Qeyd olunub ki, sponsor axtarışı sürətlənib, sadəcə, suların durulması üçün bir qədər gözləmək lazımdır.

Rəhbərliyin onunla sayğılı davranmasını nəzərə alan, münasibətlərin korlanmasını istəməyən uğurlu çalışdırıcı daşı ətəyindən töküb və qışadək Şamaxıda qalacağını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti