Bölgə klubunda növbəti ayrılıq - Tanış Avropa klubuna qayıdır

24 May 2025 22:20 Şamaxı 1 597
Bölgə klubunda növbəti ayrılıq - Tanış Avropa klubuna qayıdır

"Şamaxı"dan ayrılacaq futbolçular sırasında Cəlal Hüseynov da yer alacaq.

Müdafiəçi yenidən legioner həyatı yaşayacaq.

O, müqavilə ilə məxsus olduğu "Arda"ya qayıdacaq.

Bolqarıstan təmsilçisi millimizin üzvünün xidmətində maraqlıdır.

22 yaşlı oyunçu 2023-cü ilin yayında məhz "Şamaxı"dan ayrılaraq "Arda" ilə anlaşmışdı.

Avropa klubunda keçirdiyi 48 matçda 1 qolla yadda qalıb.

Bu ilin yanvarından "Şamaxı"da icarədə idi.

Onun özünə doğma olan klubdakı ikinci dönəmində 16 matçda forma geyinib, 1 qolla yadda qaldığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti