“Qarabağ”a görə bölgədə anşlaq olacaq - İynə atsan, yerə düşməyəcək!

23 May 20:00 Şamaxı 280
“Qarabağ”a görə bölgədə anşlaq olacaq - İynə atsan, yerə düşməyəcək!

Çempionluğu rəsmiləşdirən, çempionluq kubokuna yiyələnən “Qarabağ” bölgə səfərinə hazırlaşır.

Ağdamlılar Premyer Liqanın sonuncu turunda səfərdə “Şamaxı”nın qonağı olacaq.

Rəqibin adını və cari mövsümdə Şamaxıda sonuncu oyun olduğunu nəzərə alan yerli icra nümayəndəliyi stadionun dolmasını məqsədəuyğun bilib.

Bu məqsədlə gənclər təşkilatlarında, eləcə də təhsil müəssisələrdə və kəndlərdə təbliğat işləri aparılıb. “Şamaxı”nın elitadakı yerini qoruması, rəqibin “Qarabağ” olması futbolla maraqlananların matça olan marağını artırıb.

Odur ki, şənbə günü Şamaxı şəhər stadionunun tamamilə dolacağı ehtimal olunur.

Maraq üçün bildirək ki, sonuncu turun görüşlərinin nəticələrindən asılı olmayaraq, Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın mövsümü 7-ci pillədə başa vuracağı dəqiqləşib.

Mayın 24-də baş tutacaq görüşünün start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!