
«Mən onun geri qayıtmasını çox istəyərəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın baş məşqçisi Ayxan Abbasov deyib.
«Şirlər»i Premyer Liqada saxlayan mütəxəssis cari ilin əvvəlində «Fakel»yə yollanan Belajdi Pusinin mümkün dönüşü barədə danışıb.
O, 150 min dollar təzminat qarşılığında Rusiya klubuna satılmış albaniyalı hücumçu ilə danışıqlar aparmadıqlarını bildirib:
«Pusi onlarla 3 illik müqavilə bağlayıb. «Fakel»də az şans qazanmasından məlumatlıyıq.
Komanda premyerliqanı tərk etsə belə, inanmıram ki, Pusi oradan ayrılmaq istəsin.
Əvvəla, yaxşı müqaviləsi var. «Fakel»də qazancı kifayət qədər yaxşıdır. Az-az oynasa da, çətin ki, Azərbaycana dönmək istəsin.
Belə bir fikri olsa, sevinərəm. Çünki komandamıza xeyri çox dəyib».