
Dörd ay öncə Rusiyaya yollanan Belajdi Pusi yenidən Azərbaycana qayıtmaq istəyir.
Albaniyalı hücumçu “Şamaxı” ilə danışıqları bərpa edib.
Ötən ilin yayında "Turan Tovuz”u “şirlər“ə dəyişmiş forvard artıq “Fakel“dən ayrılmaq üzrədir.
Voronej təmsilçisi artıq Rusiya Premyer Liqasını tərk edib. Forvard bu ölkənin birinci divizionunda oynamaq istəyində deyil.
O, 2,5 illik müqavilə imzaladığı “Fakel“lə birdəfəlik vidalaşmaq fikrindən uzaqdır, burada söhbət icarə əsasında Azərbaycana dönməkdən gedir.
Şirvan təmsilçisi onun satışından 150 min dollar əldə edib. Şamaxılılar Pusiyə görə aldıqları təzminat pulunun hesabına banka olan kredit borclarını ödəyib.
“Fakel“ albaniyalının keçidi üçün böyük xərcə düşsə də, o, gözləntiləri doğrultmayıb. 27 yaşlı ön xətt oyunçusu nadir hallarda forma şansı qazanıb.
SPORTİNFO.AZ