
«Şamaxı»nın yeni sezonla əlaqəli bütün planları yaxın günlərdə konkretləşəcək.
Düzdür, idarəçilər bu aralar bir neçə dəfə Ayxan Abbasovla söhbət edərək, görəcəkləri müəyyən işlərin konturlarını cızıblar.
Amma...
Yenə hər şey həll olunmayıb. Açıq qalan bəzi suallar var. bu da maliyyə ilə bağlıdır.
AFFA-nın Premyer Liqa klublarının illik yardım paketini 3 milyon manatdan 2,5 milyon manata endirməsi «Şamaxı»nın gündəmini dəyişib.
Elitanın sponsorsuz fəaliyyət göstərən yeganə iştirakçısı əlavə maddi qaynaq tapmasa, baş məşqçisini itirə bilər.
Qarşıdakı toplantıda qeyri-müəyyənliyə son qoyacaq. Məlum olacaq ki, Abbasov qalacaq, yoxsa gedəcək.
Büdcədə dəyişiklik edilməsə, yəni, artım qeydə alınmasa, o, çox böyük ehtimalla, mart ayında müddətini uzatdığı birillik müqaviləni pozacaq. Təbii ki, birtərəfli yox.
«Şirlər»i Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən artıqlamasıyla gələn Ayxan Abbasov əvvəlki şərtlərlə burada çalışmağa qarşıdır.
Rəhbərliyə elə belə də xəbərdarlıq edib.
Sözünü konkret deyib - transferlərə xərclənəcək pul kütləsinin həcmi büyüməsə, mənim üzümü görməyəcəksiz.
SPORTİNFO.AZ