
"Narahatlıq yaradacaq elə bir ciddi epizodlar olmadı, oyun daha çox mərkəzdə gedirdi.
Sakit oyun oldu. Bir-iki epizod vardı, ayaq tapdama-filan oldu.
Fikrimcə, bu gün VAR olsaydı belə, ona ehtiyac olmayacaqdı”.
Sportinfo.azf xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları oyun haqda deyib.
44 yaşlı mütəxəssis komandasının cari mövsüm sərgilədiyi oyundan razı qaldığını və nəticələrin qənaətbəxş olduğunu qeyd edib:
“Çempionat bitir. Demək olar, son iki oyun bizim üçün də çətin keçir. Heyət baxımdan çox əziyyət çəkirik.
Əsas odur, bu oyun yox, ümumi il bizim üçün uğurlu oldu. İstədiyimiz o idi ki, bu il Premyer Liqada qalaq.
Sevindirici haldır ki, 35 turda komanda aşağı pillədə olmadı, o təzyiqi hiss etmədik. Düzü, xal fərqi azalırdı, amma bizdən qat-qat təcrübəli və maddi gücü üstün komandalarla başabaş mübarizə apardıq.
Məncə, mövsümü uğurlu saymaq olar. Rəqibi və həmkarım Elmar Baxşıyevi Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm.
Onlar üçün yaxşı mövsüm keçdi, Baxşıyev isə komandada yaxşı iş gördü".