Region klubunda gələcəklə bağlı CİDDİ NARAHATLIQ

18 May 18:35 Şamaxı 286
Region klubunda gələcəklə bağlı CİDDİ NARAHATLIQ

Uğurlu mövsüm keçirən "Şamaxı"da üzlər gülmür.

Çünki bölgə klubu yeni mövsümlə bağlı planların qurulmasında çətinliklə üz-üzədir.

Əsas maneə isə təbii ki, büdcənin yetərli olmamasıdır.

"Şirlər" hazırda dövlət dotasiyasının ümidinə qalan yeganə klubudur.

Onsuz da heyətin formalaşması, digər xərclərin qarşılanması böyük çətinlik bahasına başa gəlirdi.

Yeni mövsümdən dövlət dotasiyasının 500 min manat azaldılması dərdin üstünə dərd gətirib.

Baş məşqçi Ayxan Abbasov bu şərtlə altında yola çıxmağı riskli hesab edir.

Vəziyyətdən agah olan klub rəhbərliyi yeni sponsor yolunda axtarışları intensivləşdirib.

Rəsmilər rayondan olan iş adamlarının hansısa formada "Şamaxı"ya dəstək göstərməsi üçün cəhdlər edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti