İki tanınmış qardaşdan biri Premyer Liqa klubu ilə sağollaşdı

11:40 Şamaxı 1 685
İki tanınmış qardaşdan biri Premyer Liqa klubu ilə sağollaşdı

Maliyyə çətinliyi ilə üzləşən «Şamaxı»da «yarpaq tökümü» davam edir.

Bu dəfə Leroy Mikelsin düşərgədən ayrılacağı məlum olub.

Cibində Almaniya pasportu daşıyan hücumçu yeni müqavilə şərtlərini geri çevirib. Nigeriya kökənli forvard başqa klubun yolunu tutacağı barədə «şirlər»i məlumatlandırıb.

«Sabah»da forma geyinən Coy-Lens Mikelsin 30 yaşlı qardaşının burada 6000 dollar civarında maaş almasını yada salaq.

Beləcə, bu ayın sonunda «Şamaxı»dan getməsi dəqiqləşən futbolçuların sayı 4-ə çatıb.

Premyer Liqada yerini təmin etmiş Şirvan təmsilçisinin vidalaşacağı isimlərin hamısı əcnəbidir.

Belə ki, «şirlər» fransalı Brahim Konate və serbiyalı stopper Vasiliye Bakiçdən sonra onun həmyerlisi Vasiliye Radenoviçlə də sağollaşmağı lazım bilib.

Şans qazandığı müddətdə qeyri-sabit çıxış edən serbiyalı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.

Bakiçlə Radenoviç artıq ölkələrinə yola salınıb. Bu da o deməkdir ki, cütlük Premyer Liqanın son iki turunda «Araz-Naxçıvan» və «Qarabağ»a qarşı keçiriləcək matçlarda forma geyinməyəcək.

Niyə? Çünki onlar zədə alıblar və müalicə prosesləri iki həftədən çox çəkəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti