10 aya 1 qol vuran müdafiəçi Premyer Liqa komandasına lazım olmadı

13 May 2025 09:40 Şamaxı 1 673
10 aya 1 qol vuran müdafiəçi Premyer Liqa komandasına lazım olmadı

Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn “Şamaxı“də “təmizləmə işi“nə start verilib.

Şirvan təmsilçisi Vasiliye Bakiçlə yollarını ayırmağa qərar verib.

“Şirlər“ ötən ilin yayında sıralarına qatdığı serbiyalı legionerlə müqavilənin müddətini uzatmayıb.

Son olaraq ölkəsində “Radniçki”nin formasını geyinmiş mərkəz müdafiəçisinin tez-tez zədələnməsi onun gedişinin əsas səbəbidir.

25 yaşlı balkanlının Azərbaycanda keçirdiyi 10 ayda 1 qol vurmasını da yada salaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti