
Rikardo Fernandesin “Şamaxı” ilə müqavilənin müddətini uzatması səmada şimşək effekti verdi.
Cari mövsümün tapıntılarından hesab olunan portuqaliyalı “çərçivə”dəki inamlı çıxışı ilə haqqında müsbət fikirlər formalaşdırıb.
Elə buna görə də adı Premyer Liqanın iddialı klublarının transfer siyahısında idi.
Lakin karyerasını “Şamaxı”da davam etdirməyə qərar verməsi şok effekti doğurdu.
Rikardo Sportinfo.az-a açıqlamasında seçimi niyə bu cür etməsi ilə bağlı sualı cavablandırıb:
“Şamaxı” karyeramın müsbətə doğru dəyişməsi üçün mənə şans verdi. Və gəldiyim gündən özümə qarşı isti münasibət gördüm.
Bu gün də “Şamaxı”da özümü xoşbəxt hiss edirəm. Məhz bu səbəbdən “Şamaxı”da qalmağı qərara aldım. Başqa səbəb yoxdur”.
30 yaşlı qapıçı 13 illik peşəkar karyerasında Portuqaliyanın müxtəlif liqalarında top qovsa da, ilk dəfə bir mövsümdə 33 oyunda şans qazanıb.
HƏBİB