"Neftçi"dən alınan 1 xal üçün “şükürlər olsun” deyən kimdir?

18 May 2023 22:20 Şamaxı 630
"Neftçi"dən alınan 1 xal üçün “şükürlər olsun” deyən kimdir?

Premyer Liqanın 34-cü turunun surpriz nəticəsi "Şamaxı"nın adı ilə bağlı oldu.

Bölgə klubu çətin səfərdə "Neftçi"dən xal qoparmağı bacardı.

Əyalət təmsilçisinin müdafiəçisi Fuad Bayramov Sportinfo.az-a açıqlamasında 1:1-lə bağlı bunları dedi:

"Oyuna ciddi hazırlaşmışdıq. Görüşün mahiyyətin yaxşı bilirdik. Elitada qalmaq üçün xal və xallar qazanmalı idik.

Ağır oyun keçdi. "Neftçi" təcrübəli və fərdi keyfiyyəti olan oyunçulara malik komandadır.

Amma buna baxmayaraq rəqibdən çəkinmədən meydançanın hər qarışında mübarizə apardıq, hesabda geri düşsək də, bir an olsun belə ruhdan düşmədik.

Sona kimi döyüşdük, bərabərlik qolu vurduq, hətta qələbə də qazana bilərdik.

Sadəcə, bir az tələsdik, düzgün qərarlar verə bilmədik. İstənilən halda 1 xal əldə etdiyimiz üçün şükürlər olsun"..

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti