“Bizim üçün fərq eləmir ki…” – Autsayderin düşərgəsindən iddia

16 Mart 2023 19:00 Şamaxı 465
“Bizim üçün fərq eləmir ki…” – Autsayderin düşərgəsindən iddia

“Biz hər oyuna maksimum nəticə üçün çıxırıq, səfərdir, yoxsa ev - fərq etmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Rauf Hüseynli deyib.

“Şamaxı” səfər görüşləri ilə müqayisədə doğma meydanda xoş təsir bağışlayır.

Bunun xüsusi səbəbi nədir? Raufu dinləyək:

“Hansısa mənada azarkeş amili öz sözünü deyir. Amma rəqib meydanında zəif təsir bağışladığımızı deməzdim. “

Sabah” və “Zirə” ilə səfərdə heç-heçə etmişik, “Turan Tovuz”u məğlub etmişik. Bunun davamını gətirəcəyik.

Hər halda özümüzü o gücdə hiss edirik. Təhlükəli zonadan bacardıqca tez uzaqlaşmağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?