Şamaxıda SÜRPRİZ qonaqlar - FOTOFAKT

6 Fevral 22:20 Şamaxı 775
Şamaxıda SÜRPRİZ qonaqlar - FOTOFAKT

Premyer Liqanın 21-ci turu çərçivəsində “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edib – 0:1.

Oyunu 200-ə yaxın yerli azarkeş, eləcə də Tovuzdan və Bakıdan Şamaxıya təşrif buyuran 50-yə yaxın tovuzlu futbolsevər izləyib.

Mərkəzi tribunada sürpriz qonaqlar da olub.

Gəncədən gələn “Kəpəz”in əlaqələndiricisi İlham Səmədov, həmçinin, klubun təhlükəsizlik xidmətinin rəisi Elmar Əliyev də “Şamaxı” – “Turan Tovuz” qarşılaşmasına stadiondan baxıb.

Maraq üçün bildirən ki, İlham Səmədovun oğlu Əli Səmədov qış fasiləsində “Kəpəz”dən ayrılaraq “Şamaxı” ilə anlaşıb və bu oyunda əsas heyətdə yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 11:40 Niyə belə tələsdiz?
1 Aprel 10:40 Marketinq çalışması
1 Aprel 00:50 20 ilin hesabatı 1:9