
"Şamaxı" Rauf Rüstəmli ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi başa çatan 21 yaşlı yarımmüdafiəçi Rauf Rüstəmli məxsus olduğu “Sabah”a qayıdıb.
Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
"Şamaxı" bunadək Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels, Brahim Konate və Murad Vəliyevlə də yollarını ayırıb.