Bu ölkədən olan cinah hücumçusu Azərbaycana gəlməyə razılaşdı

13 İyun 14:00 Şamaxı 1 774
Bu ölkədən olan cinah hücumçusu Azərbaycana gəlməyə razılaşdı

Son həftələrdə 10-dan artıq futbolçunu düşərgədən yola salan “Şamaxı” boş oturmur.

«Şirlər» artıq ikinci transferini edib. Şirvan təmsilçisi Dioqo Balaunu Azərbaycana gəlməyə razı salıb.

25 yaşlı sağ cinah hücumçusu 2 illik (1+1) müqaviləyə imza atacaq. O, bu məqsədlə iyulun 5-də ölkəmizə təşrif buyuracaq.

Portuqaliyanın bir neçə aşağı liqa klubunda çıxış edən Dioqo ötən ilin yanvarında “Uniao Santarem”in formasını geyinib.

Bu kluba vaxtilə həmyerlimiz Vəli Qasımovun çıxış etdiyi “Vitoriya Setubal”dan gələn Balau 2022-ci ildə Latviyada da legioner həyatı yaşayıb.

Növbəti mövsüm də Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq «Şamaxı» həmçinin Rikardo Apolinarionu sıralarına qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə birillik razılaşma əldə olunub.

26 yaşlı sağ cinah oyunçusunun son üç mövsümü «Alverka» ilə bağlıdır.

Ondan qabaqkı iki ili isə «korusense»də keçirib. Daha əvvəl də «Union Santarem»in formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!