
Mövsüm başa çatandan sonra heyətində böyük dəyişiklik edən «Şamaxı» kapitanı ilə yenidən anlaşıb.
Rafael Məhərrəmli gələn mövsümdə də «şirlər»in uğurları üçün tər tökəcək.
2024-cü ilin yayında «Səbail»dən dəvət olunan müdafiəçi ilə birillik müqavilə imzalanıb.
Şirvan təmsilçisi buna qədər 3 nəfərlə sözləşməni yeriləyib. Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədov Ayxan Abbasovun sərəncamında qalıb.
SPORTİNFO.AZ