
"Şamaxı" Karim Rossini heyətinə qatmaq niyyətindədir.
Bu barədə Sportinfo.az-a "şirlər"in baş məşqçisi Ayxan Abbasov bildirib.
O. isveçrəli hücumçunun xidmətində maraqlı olduğunu söyləyib:
"Hələ heç nə dəqiq məlum deyil. Ondan son cavabı almamışıq, gözləyirik".
31 yaşlı forvard son olaraq ölkəsində I Liqa təmsilçisi "Şaffhauzen"in formasını geyinib. Mövsümün ikinci hissəsində 2 qol və 4 ötürmə ilə yadda qalıb.
Rossi bugünlərədək "Şamaxı"nın B variantı olub. Amma "Fakel"in Belajdi Pusini keçmiş klubuna icarəyə verməkdən imtina etməsindən sonra bütün diqqətlər ona yönəlib.