
Bu ilin əvvəlində Rusiyaya yollanan Belajdi Pusinin yenidən Azərbaycana qayıdışı baş tutmayıb.
Albaniyalı hücumçu “Şamaxı” ilə danışıqlar aparsa və geri dönməyə razılıq versə də, «Fakel» bu şifahi anlaşmaya izn tanımayıb.
Halbuki ötən ilin yayında "Turan Tovuz”u “şirlər“ə dəyişmiş forvard “Fakel“dən ayrılmaq niyyətində idi.
Voronej təmsilçisi bu mövsümün yekununda Rusiya Premyer Liqasını tərk edib. O isə bu ölkənin birinci divizionunda oynamaq istəyində deyil.
Di gəl, «Fakel» 2,5 illik müqaviləni əldə əsas tutaraq, Pusinin planını pozub, onu əvvəlki klubuna icarəyə verməkdən imtina eləyib.
Şirvan təmsilçisi onun satışından 150 min dollar əldə edib. Şamaxılılar Pusiyə görə aldıqları təzminat pulunun hesabına banka olan kredit borclarını ödəyib.
“Fakel“ albaniyalının keçidi üçün böyük xərcə düşsə də, o, gözləntiləri doğrultmayıb. 27 yaşlı ön xətt oyunçusu nadir hallarda forma şansı qazanıb.
SPORTİNFO.AZ