
"Şamaxı" Fəxri Məmmədli ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb..
İcarə müqaviləsi başa çatan müdafiəçi məxsus olduğu “Sabah”a qayıdıb.
"Şamaxı" daha əvvəl Maykl Tuik, Vasiliye Bakiç, Brahim Konate, Vasiliye Radenoviç və Leroy Mikelslə yollarını ayırıb.
Bölgə təmsilçisi həmçinin “Qəbələ”dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb.