
Tanınmış telejurnalist Ceyhun Rzayev «Şamaxı»nın baş məşqçisi Ayxan Abbasova səslənib.
O, aparıcısı olduğu ATV kanalının «Futbolumuz» verlişinin efirindən «şirlər»in çalışdırıcısına müraciət edib.
Bildirib ki, Edqar Adilxanov hücum zonasında daha çox səmərə vermək iqtidarındadır, ona görə də gənci bundan sonra sağ vinger mövqeyində oynatmasın.
Rzayev deyib ki, Edqar böyük potensiala malikdir və o, öz üzərində çalışmağa davam eləyərsə, səsi 2-3 ilə Avropadan gələcək.
Aparıcının sözlərinə görə, qusarlı yarımmüdafiəçinin topla rəftarı əladır və sərgilədiyi oyunla Premyer Liqada mövsümün tapıntılarından biridir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN