
«ASCO Arena»nın adı dəyişə bilər.
Əldə etdiymiz məlumata görə, «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) bu barədə AFFA-ya şifahi xəbərdarlıq edib.
«Səbail»in əsas himayədarı olan ASCO daha stadionun saxlanılmasına maliyyə ayırmaq istəmir.
«Xəzər Dəniz Gəmiçiliyi» 2016-cı ildən futbol sektorundadır. «Səbail»in yarandığı tarixdən etibarən klubun dəstəkçisidir.
Son vaxtlar vəziyyət dəyişib. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin əli futboldan soyuyub.
Niyə? «Səbail»ə illərdir böyük vəsait ayırsa da, qarşılığını görə bilmir. «Dənizçilər» uğursuz mövsümləri sıralamaqda davam edir.
Axır iki sezonda qeydə alınan nəticələr, ümumiyyətlə, Vəliyevi həvəsdən salıb.
Digər tərəfdən isə şirkətin öz xərcləri artıb. Ona bir sıra yeni layihələrin icrası tapşırılıb. İşlər üst-üstə düşdüyündən, Rauf Vəliyev futbola aid məsrəfləri aşağı çəkmək məcburiyyətində qalıb.
Sözügedən arena AFFA-nın balansındadır, ancaq buradan «Səbail» istifadə edir. Onun gündəlik fəaliyyəti üçün ödənilən vəsait də ASCO-nun cibindən çıxır.
Stadionun isim sponsoru olmaqdan imtina cəhdinin iki əsas səbəbindən biri budur.
SPORTİNFO.AZ