“Səbail”in son sınaq matçının saatı bəlli oldu

25 Yanvar 2020 01:42 Səbail 549
“Səbail”in son sınaq matçının saatı bəlli oldu

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Polşanın “Korona” komandası ilə üz-üzə gələcək.

Artıq bu oyunun başlama saatı da müəyyənləşib. Topkapı futbol mərkəzində keçiriləcək oyuna saat 16:00-da start veriləcək.

“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti