Juninyonu "təqib" edən hücumçuya belə bir təklif var

14 May 2024 14:00 Səbail 2 938
Juninyonu "təqib" edən hücumçuya belə bir təklif var

«Səbail»in hücumçusu Aleksandr Ramalinqom yeni mövsümə «Sabah»da başlaya bilər.

Masazır təmsilçisinin yeni baş məşqçisi Krunoslav Renduliç madaqaskarlı legioneri bəyənib.

Xorvatiyalı çalışdırıcı 31 yaşlı forvardın adını transfer siyahısına daxil edib.

O, karyerası ərzində “Ayaçço”, “Beziers”, Sedan” (hər ikisi Fransa), “Virton”da (Belçika) oynayıb.

«Qarabağ»lı Juninyodan sonra 15 qolla Premyer Liqamızın bombardirlər siyahısında ikinci pillədə yer alan Ramalinqomun «dənizçilər»lə sözləşməsi mövsümün sonunda başa çatacaq.

Onun aylıq maaşı 18 min dollar civarındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır