Ölümdən dönən kapitan: “Qayıtsam da, formada deyiləm”

23 Aprel 22:40 Səbail 1 019
Ölümdən dönən kapitan: “Qayıtsam da, formada deyiləm”

"Yaşıl meydanlara qayıtsam da, formada deyiləm".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Səbail”in kapitanı Ağabala Ramazanov deyib.

Təxminən 5 aylıq fasilədən sonra Premyer Liqanın XXXI turunda “Araz Naxçıvan”a qarşı forma geyinən 31 yaşlı hücumçu futbola döndüyü üçün sevindiyini bildirib:

“Həqiqətən futbola dönmək çox xoşdur. Hər zaman komanda yoldaşlarımın yanında olmaq istəyirəm.

Bir müddət fərdi məşqlər etdim, sonra komandaya qoşuldum. Əsas məqsədim əvvəlki formamı bərpa etməkdir”.

A.Ramazanov Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində baş tutan “Səbail” – “Turan Tovuz” matçında rəqiblə toqquşaraq başından ciddi zədə almışdı.

Digər Xəbərlər
Xəbər Lenti