Elxan Məmmədovun canına dua eləməli olan baş məşqçi haqda bir neçə söz

13 Fevral 11:40 Səbail 584
Elxan Məmmədovun canına dua eləməli olan baş məşqçi haqda bir neçə söz

«Səbail»in uzun sürən qələbə həsrəti sona çatdı.

Qəbələdə ev oyunlarını keçirən «Kəpəz»ə böyük hesabla qalib gəldilər.

Şahin Diniyev matçsonrası mətbuat konfransında demək olar hər şeydən danışdı. Bircə Nicat İsmayıllının adını çəkmədi.

Təşəkkür borcunu quru sözlə də olsa, yerinə yetirmədi. Referi 45+6-cı dəqiqədə «Kəpəz»in qapısına gülməli penalti təyin etməklə, oyunun axarını büsbütün dəyişdi.

Yeqor Xvalkonun günahkar çıxarıldığı epizodda penaltinin «p»si belə, yox idi, baş hakim isə VAR kamerasının önündə bir az mürgü vurandan sonra «Səbail» üçün göydəndüşmə fiti çaldı.

Bu cür fraqmentlər hər oyunda tez-tez yanaşır, ona qalsa, gərək 90 dəqiqə ərzində beş-altı dəfə penalti təyin edəsən.

Epizod «Kəpəz»i oyundan aldı apardı. Bir də geri qayıda bilmədilər.

Qonaqlar fasilə öncəsi ruh düşkünlüyü yaşayan «Kəpəz»i ikinci hissədə daha 3 dəfə meydanın mərkəzinə dəvət etdi. Sırf Nicat İsmayıllının bayaqkı qərarının psixoloji anlamda balansı pozması nəticəsində.

Cari mövsüm hakimlərdən ən çox yarıyan komanda «Səbail»dir. Kimliyindən asılı olmayaraq, «Səbail»in oyunlarına təyinat alan hakim mütləq surətdə öz simpatiyasını göstərməlidir.

Haradan alıblar bu tapşırığı? Elxan Məmmədovun hələ də AFFA-da vəzifə tutan kadrlarından.

Bu, Şahin Diniyevin işi deyil, fikriniz başqasına getməsin.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin kölgəsinə sığınan Diniyev oturub-durub onun canına dua eləməlidir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti