Keniyalı Tovuzda "Sportinfo"ya dedi ki...

30 Yanvar 17:00 Səbail 445
Keniyalı Tovuzda "Sportinfo"ya dedi ki...

"Səbail"in yeni transferi Ayib Masika Premyer Liqanın 20-ci turunun "Turan Tovuz"la səfər matçından sonra Sportinfo.az-a açıqlama verib.

Yarımmüdafiəçi ilk olaraq 1:3 məğlub olduqları görüşü şərh edib:

"Düşünürəm ki, bundan daha yaxşısını edə bilərik. 21-ci dəqiqədə 1:0 hesabı ilə geri düşdük.

Belə start işimizi çətinləşdirdi. İnanıram ki, qarşıdakı oyunlarda daha güclü qayıdacağıq".

31 yaşlı legioner üçün qarşılaşma həm də debüt matçı kimi tarixə keçdi. O, hisslərini bizimlə bölüşüb:

"Bu gün formasını geyindiyim “Səbail”i təmsil etdiyim üçün çox xoşbəxtəm. Nəticə istədiyim kimi alınmadı, amma bu gün klubda debüt etdiyim üçün xoşbəxtəm".

Kenya millisinin üzvü sonda Tovuzda çox sayda azarkeşin önündə çıxış etməyin ona çətinlik törətmədiyini sözlərinə əlavə edib:

"Mən daha böyük izdiham qarşısında oynamışam. Ona görə də meydanda mübarizə aparmaq mənim üçün heç də çətin deyildi".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti