Paytaxt təmsilçisi bölgə klubunun forvardını transfer etməkdən niyə vaz keçdi?

28 Yanvar 22:55 Səbail 773
Paytaxt təmsilçisi bölgə klubunun forvardını transfer etməkdən niyə vaz keçdi?

"Səbail”in qış fasiləsində heytinə qatmaq istədiyi futbolçulardan biri də “Kəpəz”n legioneri Adama Niane olub.

Baş məşqçi Şahin Diniyev ön xətdəki boşluğu malili hücumçu ilə doldurmaq istəyib.

Amma bu keçid baş tutmayacaq.

Buna səbəb Bayıl təmsilçisinin heyətinə qatdığı keniyalı Ayub Masikanın həm də forvard kimi çıxış etmək bacarığı olub.

Təcrübəli mütəxəssis 31 yaşlı vingerin ünversallığın nəzərə alaraq Adamanın keçidini gözdən çıxarıb.

Afrikalı legioner ötən ilin oktyabr ayından “Kəpəz”in şərəfin qoruyur.

Mali millisinin sabiq üzvü Gəncə təmsilçisində meydana çıxdığı 10 matçda 6 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti