Azərbaycanda 7 qol vurdu, “bir şərtim var” söylədi

25 Yanvar 21:00 Səbail 1 177
Azərbaycanda 7 qol vurdu, “bir şərtim var” söylədi

“Bacardığım qədər çox qol vurmağa çalışacam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in maqadaskarlı hücumçusu Aleksandr Ramalinqom deyib.

O, çempionatın ilk yarısında vurduğu 7 qolla yalnız “Qarabağ”lı Juninyodan geri qalır (13 top). Bombardirlər yarışında ikinci yerdə gedən forvard, görəsən, finişə qədər neçə qol hədəfləyib?

Ramalinqomu dinləyək:

“Sayı deyə bilmərəm. Amma bir şərtlə ki, vuracağım qollar “Səbail”ə uğur gətirsin.

Qollarım turnir cədvəlindəki mövqe baxımından işə yarımasa, bombardirlik yarışının mənası qalmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti