Elxan Məmmədovun "Səbail" sevgisi, Şahin Diniyevin Kərim problemi

25 Yanvar 16:00 Səbail 933
Elxan Məmmədovun "Səbail" sevgisi, Şahin Diniyevin Kərim problemi

Premyer Liqada 10 klub var, doqquzu hakimlərdən narazıdır.

Bu siyahıda olmayan yeganə xoşbəxt «Səbail»dir.

Bu mövsüm hakimlərin ən az dəyib-dolaşdığı iştirakçı olmağın keyfini yaşayırlar. Sağ olsun, Elxan Məmmədov!

FİFA-nın Paris ofisində qurdalana-qurdalana AFFA-nı idarə, müvafiq departament və komitələri təsiri altında saxlamaqda davam etməkdədir.

Federasiyanın sabiq icraçı vitse-prezidenti ilə yaxınlıq «Səbail»in əlindən «çox tutur». Gör, çempionatda neçə oyundur ki, hakimlərin sayəsində xal/xallar qazanırlar.

«Zirə» ilə matçın nəticəsini Fərid Hacıyev müəyyənləşdirdi. Son dəqiqələrdə vermədiyi penalti qərarıyla «Səbail»i növbəti dəfə «sudan quru çıxardı».

Klubun rəhbərliyi və Şahin Diniyev gərək bu yaxşılığı itirməsin, hər gün Elxan Məmmədova hava öpüşü göndərsin.

Onların cəm şəklində bacarmadığını AFFA-nın sabiq funksioneri təkbaşına edir.

Düzgün hakimlik olsaydı, «Səbail» turnir cədvəlinin üst sıralarını hələ 2-3 ay qabaq tərk eləmişdi. Ən kritik həftələrdə «dost payı»ndan

bəhrələnərək, liderlər qrupunda yapışıb qalıblar. Öz aramızdır, nə komandadır bu, 5 qəpiklik futbol oynamırlar,

Düzü, Şahin Diniyevi bunun dərindən narahat etməsinə də inanmıram.

Baş məşqçinin bu dəqiqə daha ciddi problemi var. Oğlu Kərimlə bağlı. Onu birtəhər həll eləmək üçün dəridən-qabıqdan çıxır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti