Premyer Liqa klubunun rəhbərliyi təklif etdi – Karyeranı bitir, başqa işə keç

23 Yanvar 16:00 Səbail 1 454
Premyer Liqa klubunun rəhbərliyi təklif etdi – Karyeranı bitir, başqa işə keç

“Səbail”in hücumçusu Ağabala Ramazanov müayinə üçün Türkiyəyə gedib.

O, “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb.

Forvard görüşün 45-ci dəqiqəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb.

Tibbi heyətin müdaxiləsindən sonra xəstəxanaya çatdırılıb. Ona beyin silkələnməsi diaqnozu qoyulub. Aylardır həkim nəzarətində olan forvard yaşadığı hadisənin təsirlərini hələ üzərindən tam ata bilməyib.

Sağ qulağında problem qalmaqdadır - eşitməsində zəiflik əmələ gəlib.

31 yaşlı oyunçu qardaş ölkədə özəl xəstəxanaların birində müayinədən keçir.

Maraqlıdır ki, «Səbail» rəhbərliyi Ağabalaya karyerasını başa vurmasını məsləhət görüb.

Ondan butsılarını mıxdan asması istənilənib. Sonra burada qalıb məşqçi kimi işləməsini də təklif ediblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti