Azərbaycan klubu keçmiş legionerini geri qaytarmaq istəyir

23 Yanvar 10:40 Səbail 1 463
Azərbaycan klubu keçmiş legionerini geri qaytarmaq istəyir

Matiya Lyuyiç yenidən Azərbaycanda oynaya bilər.

Macarıstanın “csakfoci.hu” saytının yaydığı məlumata görə, “Uypeşt”in yarımmüdafiəçisi Premyer Liqadan təklif alıb.

Ötən mövsüm icarə əsasında “Səbail”də çıxış etmiş 30 yaşlı orta sahə oyunçusu “Uypeşt”də əsas heyətə düşməkdə çətinlik çəkir.

Bu səbəbdən klubu onunla yolları ayırmağın əleyhinə deyil. Lyuyiç üçün hələlik ən real variantın adı açıqlanmayan Azərbaycan klubu olduğu bildirilir.

Matiya Lyuyiç 2022/2023 mövsümünün ikinci yarısında “Səbail”in formasını geyinib. Onu ölkəmizə qaytarmaq istəyən klub da elə Bayıl təmsilçisidir.

“Dənizçilər“ serbiyalı legionerə aylıq 12 min dollar əməkhaqqı ödəməyə hazırdır.

Balkanlı oyunçunun “Uypeşt”dən getməsi bir məsələdən də asılıdır - almalı olduğu puldan imtina etməlidir. Çünki Macarıstan klubunun ona bir qədər borcu var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti