Premyer Liqa klubu 2 aydır bu problemi həll etmir - FOTO

22 Yanvar 14:00 Səbail 930
Premyer Liqa klubu 2 aydır bu problemi həll etmir - FOTO

“Səbail” Premyer Liqadakı ev oyunlarını günorta saatlarında keçirməyə məhkumdur.

Ötən il “ASCO Arena”nın işıqlandırma sistemində müəmmalı problem yarandığından, projektorlar iş qüvvəsini itirib.

Odur ki, “dənizçilər” rəqiblərini günorta saatlarında qəbul edir. Noyabrın 26-da “Kəpəz”lə, dekabrın 15-də “Qəbələ” ilə saat 13:00-da oynayan bayıllıların yeni ildən əvvəlki vəziyyətinə qayıdacağını təxmin edirdik.

Hər halda, noyabrdan bu yana təxminən 2 aydan çox vaxt keçib və bu müddətdə işıqlandırma problemini aradan qaldırmaq kifayət qədər mümkün idi. Təbii ki, əsl dərd texniki avadanlıqlarla bağlıdırsa.

Lakin 19-cu turun “ASCO Arena”da keçirilməsi nəzərdə tutulan “Səbail” - “Zirə” qarşılaşması yenə günorta saatlarında, bu dəfə 15:00-da start götürəcək.

İşin bu qədər yubanmasının səbəbini öyrənmək, projektorların hansı tarixdə işləyəcəyinə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq.

“Səbail”in sözçüsü məsələ ilə bağlı araşdırma aparandan sonra geridönüş edib hazırda təmir işlərinin aparılığını söylədi. Transformatorun hansı tarixdə hazır olacağı isə bilinmir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti