Keniya yığmasının hücumçusu Azərbaycan klubunda

21 Yanvar 2024 20:00 Səbail 1 313
Keniya yığmasının hücumçusu Azərbaycan klubunda

"Səbail" növbəti transferini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi Ayub Timbe Masika ilə anlaşıb.

Premyer Liqa klubu bu forvardla 1,5 illik müqavilə imzalayıb. Timbe son dəfə "Nanjinq Siti"nin formasını geyinib.

32 yaşlı keniyalı hücumçu “Genk”, “Lyers”, "Ridinq", "Vissel Kobe" və “Buriram Yunayted"də də oynayıb. O, Keniya yığmasının heyətində 24 oyuna 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!