“Səbail”də problemi olanlar və qayıdışı gündəmə gələnlər

20 Yanvar 19:20 Səbail 357
“Səbail”də problemi olanlar və qayıdışı gündəmə gələnlər

“Səbail”in futbolçusu Cabir Əmirli zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi artıq kollektivə qoşulub.

2023-cü ilin oktyabrında məşq zamanı dizindən zədə alan və Türkiyədə əməliyyat olunan cinah oyunçusunun fevralın ortalarında məşqçilər korpusunun sərəncamında olacağı gözlənilir.

Ötən ay əməliyyat olunan yarımmüdafiəçi Süleyman Əhmədov hələ də məşqlərə başlamayıb.

Hücumçular Ağabala Ramazanov və David Qomis isə zədə səbəbindən mövsümün ikinci yarısında da komandaya kömək edə bilməyəcəklər.

Yerli forvard Premyer Liqanın XII turunda “Turan Tovuz”la, fransalı ön xətt oyunçusu isə XVI turda “Sabah”la qarşılaşmada sıradan çıxıb.

"Səbail" Premyer Liqada ilk yarıdan sonra 26 xalla beşinci pillədə qərarlaşıb. Şahin Diniyevin komandası XIX tur çərçivəsində yanvarın 22-də “Zirə” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti