Portuqaliyadan gəldi, Premyer Liqa klubu ilə 1,5 illik müqavilə bağladı

19 Yanvar 20:20 Səbail 772
Portuqaliyadan gəldi, Premyer Liqa klubu ilə 1,5 illik müqavilə bağladı

“Səbail” yeni transferi Madi Queta ilə 1,5 illik müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti paylaşım edib.

Bildirilib ki, bu ilin ilk transferi olan 25 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər Bakı klubuna məxsus olacaq. Qvineya-Bissau yığmasının üzvü yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Madi Queta son olaraq Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.

Həmin ölkənin “Portu” klubunun yetirməsi olan futbolçu Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qoruyub. Queta 2022-ci ildən Qvineya-Bissau yığmasına çağırılır.

Digər Xəbərlər
Xəbər Lenti