Azərbaycan klubu millini dəyişən “Portu”nun yetirməsini bu məbləğə razı saldı

18 Yanvar 17:40 Səbail 2 318
Azərbaycan klubu millini dəyişən “Portu”nun yetirməsini bu məbləğə razı saldı

"Səbail" 2024-cü ilin ilk transferini reallaşdırıb.

Bayıl klubu yarımmüdafiəçi Madi Queta ilə anlaşıb.

"Portu"nun yetirməsi olan və karyerası əsasən Portuqaliya klubları ilə bağlı olan 25 yaşlı legionerlə 1,5 illik müqavilə razılaşdırılıb.

Onun burada qazanacağı pul da bəllidir. “Dənizçilər” afrikalıya aylıq 12 min dollar əməkhaqqı ödəyəcək.

Qvineya-Bissaudan olan Madinin sonuncu klubu Portuqaliyanın Sequnda Liqasında ıxış edən "Mafra"dır.

O, Portuqaliyanın Gənclər Liqasının (U-19) və beynəlxalq "UEFA International Cup" turnirinin qalibidir.

2018-ci ildə Londonda baş tutan final matçında "Arsenal"ı 1:0 yenərək turnirin qalibi olan "Portu"nun U-23 komandasının yeganə qoluna məhz Madi imza atıb.

Madi Queta Portuqaliyanın U-17 və U-19 millilərində çıxış etsə də, sonradan Qvineya-Bissau yığmasını seçib. Afrika təmsilçisinin heyətində 2022-ci ilin iyununda debüt edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti