“Transfer xatirinə kimisə gətirmək istəmirik - Bax, bu, mənim üçün böyük sualdır”

17 Yanvar 21:00 Səbail 513
“Transfer xatirinə kimisə gətirmək istəmirik - Bax, bu, mənim üçün böyük sualdır”

“Transfer xatirinə kimisə gətirmək istəmirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

O, ehtimal edir ki, zədəlilərin çox olması çempionatda komandaya əlavə problem yarada bilər:

“Turan Tovuz”la oyundan sonra komandada zədə sindromu başladı. Son turlarda sırf zədə səbəbindən 6-7 futbolçunun xidmətindən yararlana bilmədik.

Bu gün əziyyət çəkirik. Vəziyyət elədir ki, qış fasiləsində layiqli futbolçu tapmaq çətindir.

Yanvarın 22-dən fevralın 22-nə qədər çempionatda və kubokda 8 oyuna çıxmalıyıq.

Üç gündənbir matçlarda yükü darta biləcəyikmi? Bax, bu, mənim üçün böyük sualdır”.

Digər Xəbərlər
Xəbər Lenti