“Məndən başqa beş nəfər də olsa ...” - Premyer Liqanın ikinci qolçusu

17 Yanvar 16:40 Səbail 395
“Məndən başqa beş nəfər də olsa ...” - Premyer Liqanın ikinci qolçusu

“Səbail”in fransalı hücumçusu Aleksandr Ramalinqom Sportinfo.az-a müsahibə verib.

Premyer Liqanın ikinci ən məhsuldar futbolçusu sualları cavablandırıb.

- İstirahətdən sonra ağır məşqlər necə keçir? Özünü necə hiss edirsən?

- Sözsüz, yorğunuq. Bu həftə ağır məşqlərdə iştirak etmişik. Növbəti həftədən yüklənmə azalacaq. Ancaq yenə də problem yoxdur. Çempionatda nəsə etmək istəyiriksə, ağırlığa dözməliyik. Fikrimcə, ayın 22-sinə qədər böyük ölçüdə hazır olacağıq.

- “Səbail”də zədəlilərin sayı çoxdur. Belə vəziyyətdə uğurlu nəticələrlə bağlı nəyə ümid edirsən?

- Düz qeyd edirsiniz. Ən böyük problemimiz itkilərin çox olmasıdır. Tam şəkildə hazırlaşa bilmirik. Hər dəfə kimsə sıradan çıxır. Yadınızdadırsa, özüm də 3 həftə kənarda qalmışdım. Bildiyimə görə, komandanın gücləndirilməsi yönündə işlər gedir. Müsbət nəticə əldə olunacağına inanıram. Hələ ki, düşərgədə olan futbolçularla hazırlıq keçirik.

- Amil Yunanovun komandanı tərk etməsindən sonra “Səbail”də yeganə hücumçusan. Deyirlər, rəqabət olmayan yerdə inkişaf da olmur. Mövcud durum səndə rahatlıq, arxayınlıq yaratmayacaq?

- Belə şeylərə fikir verən adam deyiləm. Komandada tək hücumçu da olsam, lap məndən başqa beş nəfər də olsa, yenə ən yaxşısını etməyə çalışacağam. Çünki komandaya verdiyim xeyir həm də öz adım üçün faydalıdır. Rahatlaşmaqla özümə pis etmiş olaram. Bir də ki, arxayınlığa meyilli adam özünü dəyişə bilmir. Mən isə belə biri deyiləm. Ümid edirəm ki, qış fasiləsində hücum xəttinə transfer olunacaq.

HƏBİB, Antalya

Digər Xəbərlər
Xəbər Lenti