Azərbaycan komandası məşhur rumını görün nə hala saldı!

16 Yanvar 23:20 Səbail 512
Azərbaycan komandası məşhur rumını görün nə hala saldı!

Qış təlim-məşq toplanışını yanvarın 5-dən Antalyada keçən “Səbail”də əsas diqqət yoldaşlıq görüşlərinə ayrılıb.

Bayıl təmsilçisi qardaş ölkədəki ilk sınağında rumınlarla üz-üzə gəldi.

“İÇ Santai” otelinin futbol mərkəzində baş tutan qarşılaşmada hər iki komandanın fərqlənmək şansları olsa da, tablodakı “0-lar” dəyişmədi və oyun qolsuz bərabərliklə başa çatdı.

Matç başa çatandan sonra baş məşqçi Şahin Diniyevə və komandanın ən məhsuldar futbolçusu Aleksandr Ramalinqoma yaxınlaşıb suallara cavab tapandan sonra “Universitatya”nın avtobusuna tərəf tələsdim ki, rəqib çalışdırıcının da fikirlərini öyrənim.

Hamıdan əvvəl avtobusdakı yerini tutan İoan Sabeunun əsəbi olduğunu görmək çətin deyildi. Yanındakı şəxslə əsəbi tonda danışır, narazılığını aşkar şəkildə biruzə verirdi.

Çox güman, futbolçuların tapşırıqları yerinə yetirə bilməməsi və rəqib qapısına yol tapa bilməməsi 55 yaşlı mütəxəssisi özündən çıxarmışdı.

Klub rəsmilərindən birinə azərbaycanlı jurnalist olduğumu deyib, futbolçu kimi 55 dəfə Rumıniya millisinin formasını geyinmiş, “Feyenoord”, “Breşiya”, “Recina” kimi komandalarda top qovmuş baş məşqçidən açıqlama almaq istədiyimi bildirdim.

Vaxt istəyib avtobusa qalxdı. Üz cizgilərindən avtobusdan enib müsahibə vermək həvəsində olmadığını dərhal anladım.

Nə üzrxahlıq etdi, nə də əyləşdiyi yerdən qalxmağa cəhddə bulundu. Laurentsiu Regekampfla Adrian Mutunun Azərbaycandakı davranışlarını görəndən sonra Sabeu məni heç nə ilə təəccübləndirmədi.

“Səbail” sənin və komanda üzvlərinin əhvalını korlayıbsa, jurnalistin nə günahı var?

“Öz mıəşqçilərimizin qadasını alıb” deyib, uzaqlaşdım.

HƏBİB, Antalya

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti