"Səbail" Antalyada məğlub oldu

15 Yanvar 2024 21:10 Səbail 599
"Səbail" Antalyada məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan "Səbail" bu gün ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisi Rusiya Premyer Liqası təmsilçisi "Fakel"lə üz-üzə gəlib. Qarşılaşma Şahin Diniyevin yetirmələrinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Səbail" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın "Universitatya Kluj" klubu ilə 0:0 hesablı heç-heçə etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti