“Mən Azərbaycanda 15 qol vursam, buna sevinməyəcəm”

15 Yanvar 20:40 Səbail 1 492
“Mən Azərbaycanda 15 qol vursam, buna sevinməyəcəm”

“Nə qədər qol vuracağımı deyə bilmərəm.

Hər zaman hər işdə maksimum üçün çalışmışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın bombardirlərindən biri olan Aleksandr Ramalinqom deyib.

“Səbail”in fransalı forvardı geridə qalan 18 turda aktivinə 7 qol yazdırmağı bacarıb. O, bu göstəricidə yalnız “Qarabağ”lı Juninyodan geri qalır.

Maraqlıdır, çempionatın ikinci yarısında braziliyalı futbolçunu geridə qoymaq inandırıcı görünür?

Ümumiyyətlə, Ramalinqomun belə bir arzusu varmı? Yekunda finişə kimin tez çatacağını gözləyir?:

“10 qol vursam, “Səbail”də mövsümü yaxşı yerdə başa vursa, mənim üçün əla olacaq. Yox, mən 15 qol vursam, komandamız istəyinə çatmasa, buna sevinməyəcəm.

Mənim üçün bombardirlik yox, komandamın nəticələri önəmlidir. O ki qaldı bombardir olmaq şansıma, bu, çətin məsələdir.

Juninyo məndən 6 top öndədir. Digər “Qarabağ”lılar – Hamidu Keyta, Yassin Benzia və Leandro Andrade hərəyə 6 qol vurublar. Hücumçu deyillər, amma dayanmadan vururlar.

“Qarabağ” hər oyunda rəqiblərinə 3-4 top vurur. Say bəzən 5-6 da olur.

Ona görə də yekunda “Qarabağ”lılardan birinin bombardir olacağını düşünürəm. Bəlkə də Juninyo olacaq”.

HƏBİB, Antalya

Digər Xəbərlər
Xəbər Lenti