"Səbail" bu gün Antalyada nə edəcək?

12 Yanvar 17:20 Səbail 260
"Səbail" bu gün Antalyada nə edəcək?

“Səbail”in Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Şahin Diniyevin komandası Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Universitatya Kluj” Rumıniya Superliqasında 29 xalla 8-ci pillədə qərarlaşıb.

"Səbail" 2-ci yoxlama matçını "Fakel"ə qarşı keçirəcək. Rusiya Premyer Liqa təmsilçisi ilə görüş yanvarın 15-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti