Paytaxt klubunun Antalya GÜNDƏLİYİ: Yeni transferlərdən nə xəbər var?

11 Yanvar 23:40 Səbail 659
Paytaxt klubunun Antalya GÜNDƏLİYİ: Yeni transferlərdən nə xəbər var?

"Səbail"in Antalya toplanışı öz axarında davam edir.

Amma transfer çalışmaları ilə bağlı eyni şeyi demək olmaz.

Bu baxımdan Bayıl təmsilçisinin düşərgəsində durğunluq hökm sürür.

1 həftədi qardaş ölkədə düşərgə salan komanda sabah ilk yoxlama matçında Rumnıniya Superliqa təmsilçisi “Universitatea Cluj”la üz-üzə gələcək.

Əslində baş məşqçi Şahin Diniyevin planı məhz bu matça kimi yeni transferlərin düşərgədə olması idi.

Hətta çalışdırıcı bu yöndə açıqlama da vermişdi.

Amma onun istəyi reallaşmayıb.

Buna səbəb 3 legionerlə aparılan aktiv danışıqların hələ də bir nəticə verməməsidir.

Təbii ki, yaranmış vəziyyət təcrübəli çalışdırıcını narahat etməyə bilməz.

O, hələ də çox sayda zədəli futbolçuların fonunda kasad heyətlə ikinci dövrəyə hazırlaşmağa məhkumdur.

Baş məşqçinin bəyəndiyi əcnəbilərlə danışıqlar isə davam etdirilir.

Ki, ən azı fasilədən sonrakı ilk tura kimi baş məşqçinin sərəncamında olsunlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti