Premyer LIiqa təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq

8 Yanvar 16:20 Səbail 375
Premyer LIiqa təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq

“Səbail”in Türkiyə toplanışı çərçivəsində Rumıniyadan “Universitatya Kluj”a qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mövsümün ikinci yarısına Antalyada hazırlaşan Azərbaycan təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin Rumıniyanın Superliqa klubu ilə “İS Santai Hotel”inin meydanında keçirəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti