Başına iş gələn azərbaycanlı hücumçunun daha bir problemi yarandı

7 Yanvar 16:30 Səbail 891
Başına iş gələn azərbaycanlı hücumçunun daha bir problemi yarandı

“Səbail”in hücumçusu Ağabala Ramazanovun sağlıq durumundakı problemlər hələ tam aradan qalxmayıb.

O, "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb.

Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.

Beyin silkələnməsinə məruz qalmış forvardın qulağında problem əmələ gəlib. Sağ qulağı çox ağır eşidir.

O, mart-aprel aylarında yenidən Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək.

Bundan sonra həkimlər onun nə vaxt məşqlərə qoşulması ilə bağlı qərar verəcəklər. Hələlik müalicəsi ev şəraitində davam edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti