Premier Liqa klubunun baş məşqçisi rəhbərlikdən neçə transfer istədi?

6 Yanvar 21:20 Səbail 872
Premier Liqa klubunun baş məşqçisi rəhbərlikdən neçə transfer istədi?

Cari mövsümü avrokuboklara vəsiqə ilə başa vurmağı arzulayan “Səbail” qış fasiləsində heyətini gücləndirəcək.

Baş məşqçi Şahin Diniyev rəhbərlikdən iki futbolçunun alınmasını istəyib.

David Qomislə Ağabala Ramazanovun yaya qədər komandaya kömək edə bilməyəcəyini nəzərə alsaq, baş məşqçinin narahatlığı anlaşılandır.

İki futbolçu alınmalıdır. Biri Ağabalanın, o biri Davidin yerinə. Hər ikisi vinger funksiyasını daşımaqla yanaşı, hücumun sivri ucunda oynamaq tapşırığının öhdəsindən lazımınca gəlməlidir.

Hazırda təklif olunan namizədlər nəzərdən keçirilir. Diniyevin bəyəndiyi futbolçu(lar) olsa, komandanın Antalya toplanışında iştirak edəcək. Danışıqlar uzansa, Bakıya gələcək.

“Səbail”in qardaş ölkədəki hazırlığı 5-17 yanvar tarixlərini əhatə edəcək.

Təmsilçimiz yanvarın 12-də Rumıniya təmsilçisi “Universitatya Kluj”la, bundan 3 gün sonra Rusiya “Fakel”i ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti