Azərbaycanlı həkimlər ölümdən dönən futbolçuya icazə vermədi ki...

4 Yanvar 16:05 Səbail 1 850
Azərbaycanlı həkimlər ölümdən dönən futbolçuya icazə vermədi ki...

“Səbail” Premyer Liqanın 2023/2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.

«Dənizçilər» hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Noyabrın 3-də “ASCO Arena”da keçirilən “Turan Tovuz”la matçda ölümdən qayıdan Ağabala Ramazanov qafilədə yer almayacaq.

Sözügedən qarşılaşmanın 45-ci dəqiqəsində rəqibin müdafiəçisi faiq hacıyevə toqquşma nəticəsində yerə yıxılaraq huşunu itirən 31 yaşlı hücumçu hələ də özünə tam gələ bilməyib.

Bir müddət hospitalda müalicə alandan sonra bərpa dönəmini keçmək üçün sanatoriyaya yollanan, oradan da evə buraxılan “10 nömrə” bu günün özündə də həkim nəzarətindədir.

Onu müayinə edən tibbi personal məşqlərə başlamasına icazə verməyib.

“Miracle Resort” hotelində məskunlaşacaq Bayıl təmsilçisi qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək.

Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti