Azərbaycanın ortabab klubu 3 nəfərdən əlini üzdü

4 Yanvar 18:35 Səbail 908
Azərbaycanın ortabab klubu 3 nəfərdən əlini üzdü

“Səbail”in futbolçuları üçün istirahət müddəti başa çatıb.

Yanvarın 3-ü səhər saatlarında Bakıda bir araya gələn “dənizçilər” “ASCO Arena”da hazırlıq keçib.

Yanvarın 4-də də sözügedən stadionda məşq edəcək komanda üzvləri ertəsi vətəni tərk edəcək.

Legionerlərin bir qismin komandaya Bakıda qoşulub. Yerdə qalanlar isə Antalya toplanışının ilk günündən baş məşqçi Şahin Diniyevin sərəncamında olacaq.

Bayıl təmsilçisi toplanışı tam tərkibdə keçə bilməyəcək. Buna səbəb bir neçə futbolçunun zədə səbəbindən uzun müddət oynaya bilməyəcəyidir.

“Turan Tovuz”la oyunda başında ağır zərbə alan Ağabala Ramazanov üçün cari mövsümü qapanmış hesab edə bilərik.

Komandanın aparıcı fiqurlarından sayılan David Qomisin durumu da ürəkaçan deyil. 31 yaşlı vinger zədəsinin sağalmasını azı 3-4 ay gözləməlidir.

Süleyman Əhmədovun qayıdışı digərlərinə nisbətən tez olacaq. Ancaq o da bir müddət səbr etməlidir.

Adları çəkilənlərin heç biri Antalya toplanışına aparılmayacaq.

“Səbail”in qardaş ölkədəki hazırlığı 5-17 yanvar tarixlərini əhatə edəcək.

Təmsilçimiz yanvarın 12-də Rumıniya təmsilçisi “Universitatya Kluj”la, bundan 3 gün sonra Rusiya “Fakel”i ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti